Sumqayıtda “Şuşa ili” çərçivəsində “Tarixi Zəfər” adlı tədbir keçirilib

776

Noyabrın 3-də H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində “Tarixi Zəfər” adlı tədbir keçirilib.
Tədbirdə şəhər rəhbərliyi, ziyalılar, vətən müharibəsində canlarını fəda edən şəhidlərin ailə üzvləri, eləcə də qazilər iştirak ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, Vətən müharibəsində canlarını fəda edən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Sumqayıt məktəblilərinin “fləşmob”u nümayiş etdirilib.
Tədbiri çıxış sözü ilə açan Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva tədbirin əhəmiyyətini qeyd edərərək bildirib ki, bu gün gənclərin milli, vətənpərvər ruhda böyüdülməsi təhsil işçilərinin qarşısında duran ən mühüm vəzifələridən biridir.
Sumqayıt şəhər Icra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan zəfərin tarixi əhəmiyyətinə toxunub, 44 günlük qələbəmizin ən parlaq səhifəsi olan Şuşa qalibiyyətinin önəmindən və mahiyyətindən söz açıb, eyni zamanda yetişməkdə olan gənc nəslinin vətənpərvər ruhda böyüməsi üçün belə tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə şagirdlərin ifasında hazırlnamış ədəbi-bədii kompazisiyalar müxtəlif səhnələr və rəqslər maraqla qarşılanıb.
Qeyd edək ki, vətənpərvərlik mövzusuna həsr olunmuş tədbirin keçirilməsində əsas məqsəd Qarabağın, o cümlədən, Şuşanın zəngin mədəniyyətinin, tarixinin, təbiətinin tanıdılması, təbliğ edilməsi və yetişməkdə olan gənc nəslə çatdırılması olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər