Sumqayıtda taekvondo üzrə şəhər birinciliyi keçirildi

234

28-29 sentyabr 2019-cu il tarixlərində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Taekvondo Mərkəzində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş 2005-2007; 2008-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi keçirilmişdir.
Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət və qayğı göstərdiyini, bu sahənin Dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və yüksəlişinin əsası qoyularaq Müstəqil Azərbaycanın idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasının geniş vüsət almasını qeyd etmişdir.
E.Hümbətov çıxışını davam edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm Olimpiya İdman Komplekslərinin tikildiyini, ölkəmizin hərtərəfli və dinamik inkişafını, ictimai-siyasi sabitliyini, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübəni, müasir idman infrastrukturunun yaradılmasından, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan bəhs etmişdir.
Daha sonra çıxış edən Taekvondo Federasiyasının vitse prezidenti Niyaməddin Paşayev Sumqayıt idmançılarının dünya və avropa yarışlarında yüksək nəticələr əldə etdiyini vurğulamış və gələcəkdə bu nailiyyətlərin davamlı olacağına inandığını qeyd etmişdir. Çıxışının sonunda bütün idmançıları bir daha təbrik edib onlara uğurlar arzulamışdır.
İki gün davam edən maraqlı idman mübarizəsi şəraitində keçən şəhər birinciliyində 100-dən artıq idmançı qalib adı uğrunda mübarizə aparmışdır. Nihad Əlizadə, Əşrəf Qurbanzadə, Zeyid Məmmədli, Aydın Süleymanov, Mütəllim Muxtarov, Şakir Məmmədov, Fuad Məhərrəmli, Malik Abbasov, Abdulsübhan Dadaşlı, Adil Eyvazov, Yusif Şükürov və İlkin İslamov oğlanlar arasında, Səbinə Qurbanzadə, Xuraman Cavadzadə, Xanım Məmmədova, Sofiya Nəcəfova, Aydan Allahverdiyeva, Zeynəb Məmmədova, Nigar Kərimova, Nərgiz Şəfiyeva və Səadət Quliyeva isə qızlar arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Yarışın qalib və mükafatçıları Baş İdarənin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunmuşlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər