Sumqayıtda Teatr aksiyası - "GƏLİN, TEATRA GEDƏK!"

1966

26 YANVAR tarixində Sumqayıtda teatr sevərlər üçün maraqlı aksiya təşkil olunub. Aksiyada məqsəd şəhər sakinlərini teatra dəvət etmək, həftə sonu birgə mədəni istirahət etməkdir. Bu məqsədlə sosial şəbəkələrdə “event”lər də təşkil olunub.

sumqayitxeber.com mədəniyyət aksiyasının insanların  marağa səbəb olmasını nəzərə alaraq müraciəti təqdim edir:

“Əziz Sumqayıtlılar!
Bir neçə il öncə başladığımız teatr aksiyaları gənclərin xeyli marağına səbəb oldu. Sizlərin istəyini nəzərə alaraq yenidən bu cür aksiyalara start verdik.
TAMAŞA : “Qocanı öldürməliyik” /Psixloji dram/
Hadisə yaşı bilinməyən Pamela Kronkinin uçmaq təhlükəsi olan yaşadığı evdə cərəyan edir. Pamela gecələr zibilxanalara atılan tullantıları yığmaqla məşğuldur. Onun evinə gələn ətriyyat firmasının fırıldaqçı nümayəndələri Pameladan boş fransız ətir şüşələrini toplayıb onlara satmasını təklif edirlər. Pul hərisləri olan firma işçiləri başqa fikrə düşür. Pamelanı öz firmalarına işə götürmək,onu yüksək məbləğə sığortalayıb, daha sonra Pamelanı öldürüb sığortanı ələ keçirmək barədə plan qururlar. Lakin onların bu arzuları həyata keçmir. Tamaşanın sonu fırıldaqçıların peşmançılığı ilə bitir.
“ Yaşa və başqalarını yaşat”

Qurluşçu rejissor- Şevçenko Tatyana Petrovna
Qurluşçu rəssam- Karpenko Elena Aleksandrevna
Geyim üzrə rəssam- Karpenko Sergey Aleksandroviç
Bəstəkar- Telman Qəniyev
Plastika üzrə təlim və rəqslərin quruluşu- Vüsal Mehrəliyev.
Teatrın baş rejissoru- Firudin Məhərrəmov, xalq artisti

Aksiya çərçivəsində tamaşa üçün bilet qiyməti 2 MANAT olacaq.
(Biletləri tamaşa günü də alıb daxil ola bilərsiniz)
Tarix: Tamaşa 26 yanvar saat 18:00 da başlayacaq.
Ünvan: Sumqayıt Dövlət Dram Teatrı

LİNKƏ DAXİL OLARAQ AKSİYAYA QOŞULMAĞINIZI TƏSDİQ EDƏ BİLƏRSİNİZ:

https://www.facebook.com/events/769977000045601/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər