Sumqayıtda telefon və avtomobil ehtiyyat hissələrini oğurlayanlar tutuldu

899

Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən vətəndaşlardan və nəqliyyat vasitələrindən oğurluq hallarına qarşı uğurlu tədbirlər həyata keçirilib.
DİN-dən Modern.az-a bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də Seymur Qurbanova məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Məmmədov tutulub. Ətrafında aparılan tədbirlərlə onun bu ilin iyun-avqust ayları ərzində şəhər ərazisində daha 3 nəfərin mobil telefonlarını oğurlaması da müəyyən edilib.

Keçirilmiş daha bir tədbir zamanı oktyabrın 10-da və 13-də şəhər ərazisində 4 avtomobildən akkumulyator, təkər və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elməddin Əliyev və Cəbrayıl Babayev tutulublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər