Sumqayıtda texniki-peşə təhsilinin təbliği ilə bağlı növbəti seminar keçirildi-FOTO

442

Sumqayıt şəhəri 30 saylı orta məktəbində yuxarı  sinif şagirdlərinə əmək bazarının güçləndirilməsi üçün texniki-peşə təhsilinin təbliğinə dair seminar keçirildi

Əmək bazarında teşə təhsilinə olan maraq dövlət siyasətinin də tərkib hissəsinə çevrilmişdir. Bu istiqamətdə bir sıra qərarlar qəbul edilmişdir. Nə qədər çox qərar qəbul edilsədə məktiblilərin bundan xəbəri olmur. Bu məqsədlə Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi Əmək bazarının gücləndirilməsi üçün Sumqayıt şəhər orta ümumtəhsil məktəblərində texniki-peşə təhsilinin təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində yuxarı sinid şagirdlərinə əmək bazarının güçləndirilməsi üçün texniki-peşə təhsilinin təbliğinə dair seminarkeçilmişdir.Tədbiri Birliyin sədri Sahib Fərzəliyev açaraq qeyd etdi ki,  bu layihənin əsas məqsədi Sumqayıt   şəhərində və Sumqayıt ətrafı qəsəbələrdə  fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında əmək bazarının güçləndirilməsi üçün texniki-peşə təhsilinin təbliğinə və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə dair  dövlət siyasətinin dəstəklənməsinə xidmət edən maarifləndirmə işinin təşkilidir.

Layihə çərçivəsində  yuxarı sinif şagirdləri arasında  texniki-peşə təhsilinin təbliği ilə  bağlı seminar oktyabr ayının  22-də Sumqayıt şəhər 30 saylı orta məktəbində təşkil edildi.Fakultativ məşğələni  Birliyin təlimçisi Rauf Əliyevaparırdı. Məktəbin yuxarı sinif şagirdlərindən 30nəfər təlimdə iştirak edirdi.

Aparılan seminarda yuxarı sinif şagirdlərinə respublikamızda texniki peşə hazırlığının mövcud vəziyyəti, texniki-peşə hazırlığında dövlət siyasəti, texniki-peşə ixtisaslı kadrlarının rolu, mövcud texniki peşələrin namenklaturası, əmək bazarında texniki-peşə təhsili kadrlara olan tələbat, texniki-peşə təhsilli kadrların üstünlükləri, texniki-peşə təhsilli kadrların biznes qurmaq imkanları, peşə təhsilinin sosial–iqtisadi inkişafda və yoxsulluğun azaldılmasında rolu və s. digər məsələlər ilə bağlı maarifləndirmə işi aparılmışdır.Seminarlar interaktiv üsulla həyata keçirilmişdir.. Seminar zamanı iştirakçılar mövzu ilə bağlı onları maraqlandıran suallarla təlimçiyə müraciət etmişdir. Müzakirə olunan texniki-peşə təhsili ıməsələləri iştirakçıların böyük marağına səbəb oldu.

Seminar interaktiv metodla keçirildi və hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək düşüncələrini, texniki-peşə təhsili ilə ilə bağlı bilgilərini və rəylərini sərbəst ifadə edirdilər. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Seminarın sonunda iştirakçıların rəy və təklifləri dinlənilmişdir..

Bu tədbirlərin orta ümumtəhsil müəsissələrinin aşağı sinif şagirdləri arasında aparılması daha məqsədəuyğun hesab edilir. Beləki, əmək bazarında texniki-peşə təhsilli kadrlara olan tələbat, texniki peşə təhsilinin üstünlükləri, texniki-peşə təhsilli kadrların biznes qurmaq imkanları kimi biliklər əldəedilməsi uşaqlarda gələcək koryeralarının qurulmasında və peşə seçimində kömək olacaqdır.Layihə  əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında əmək bazarının güçləndirilməsi üçün texniki-peşə təhsilinin təbliğiniə dair tədbirlərə həsr olunduğundan layihənin təsiri tədricən hiss olunacaq.

Uşaqların texniki-peşə təhsilinə təşviqi məsələsi sosial-iqtisadi inkişafda böyük ictimai əhəmiyyət kəsb edir.

Respublikamızin inkişaf edən bütün sahəsində müasir bilik və bacarıqlara yiyələnmiş ixtisaslı texniki-teşə təhsilli kadr ehtiyyatının yaradılması artıq bir zərurətə çevrilmişdir. Ona görədə orta məktəbin yuxarı sinif şagirdləri arasında texniki-peşə təhsili ilə bağlı maarifləndirmə işinin aparılması mühüm əhəmiyyət kəsb edir.

Dünya praktikasında orta məktəb məzunlarının 30-40% texniki peşə məktəblərində təhsillərini davam etdirərək, ixtisas qazanır və öz əmək karyeralarının əsasını qoyurlar. Lakin bu ölkəmizdə 10%-ə qədərdir.

İctimai həyatın bütün sahələrində problemlərin həlli, xüsusən böyüməkdə olan gənc nəslin ixtisas qazanması üçün müasir tələblərə cavab verən peşə təhsilinin mənimsənilməsi, işsizliyin azaldılmasına və əmək bazarında kadr potensialının güclənməsinə gətirib çıxarır.

Birliyin uzun illərdir bu istiqamətdə gördüyü işlər onu göstərir ki, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında texniki-peşə təhsili ilə bağlı aparılan maarifləndirmə işlərinə daha çox ehtiyac var və bu maarifləndirmə işinin səmərəsi daha çox olacaqdır.

Pоtеnsial Sumqayıt Mütəхəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qеyri-hökumət təşkilatı kimi rəsmi dövlət qеydiyyatına alınmışdır. Birlik 1999-cu ildən beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamış və onların dəstəyi ilə Sumqayıt şəhəri və ölkənin digər regionlarında 35 layihə icra etmişdir.

Sahib Fərzəliyev,  Potensial SMB –nin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər