Sumqayıtda tikilməkdə olan yeni məktəb binasında işlər yekunlaşır -FOTOLAR

1627

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Sumqayıtda 9 nömrəli tam orta məktəbin 1176 şagird yerlik yeni binası tikilir.

“İnşaatçılar” qəsəbəsində 1958-ci ildən fəaliyyət göstərən 324 yerlik Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbin binası qəzalı vəziyyətdə idi.

Məktəbin binası tam sökülərək yerində müasir tələblərə cavab verən yeni bina inşa olunur. Hazırda tikinti işləri yüksək sürətlə davam edir. Dörd korpusdan ibarət yeni məktəb binasında 69 sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, qapalı idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Bir sözlə, məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər