Sumqayıtda “Ulu Öndər Heydər Əliyev irsinin təbliği” mövzusunda dəyirmi masa keçirilib -FOTO

615
Sumqayıt Şəhər İcra hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 9 aprel 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyev irsinin təbliği” mövzusunda dəyirmi masa təşkil edilmişdir.
İlk öncə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova və şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov Ulu Öndər Heydər Əliyevin müstəqilliyin qorunub saxlanılması istiqamətindəki əvəzsiz xidmətlərindən, Azərbaycan dövlətinin siyasi, iqtisadi əsaslarını yaratmasından, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallaşdırmasından, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, onun gənc nəslə olan diqqət və qayğısından danışmışlar. Qeyd edilmişdir ki, Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinə diqqət və qayğısının davamı kimi bugün də ölkə başçısı cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən şəhər rəhbərliyi tərəfindən genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, şəhər sakinlərinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində önəmli addımlar atılır.
Daha sonra çıxış edən şəhid atası, Sumqayıt Veteranlar Şurasının sədri Sovet Şükürov, əməkdar müəllim, “Şöhrət” ordenli Ofelya Babayeva və digərləri Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin daim xalqın, dövlətin mənafeyinə xidmət etdiyini vurğulamış, onun Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda etdiyi fədakarlıqlardan, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması istiqamətində gördüyü əvəzsiz xidmətlərdən danışmışlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər