Sumqayıtda “Ümumdünya ana südü ilə qidalandırma həftəsi”nə həsr olunan tədbir keçirilib

968

Sumqayıtda “Ümumdünya ana südü ilə qidalandırma həftəsi”nə həsr olunan tədbir keçirilib

Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan Perinatal Mərkəzin təşkilatçılığı ilə 1-7 avqust “Ümumdünya ana südü ilə qidalandırma həftəsi”nə həsr olunan tədbir keçirilib.
STM-in Perinatal Mərkəzin baş həkimi Təranə Rəcəbli açılış nitqi ilə çıxış edərək bildirib ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, BMT-nin Uşaq Fondu və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il 1-7 avqust tarixləri ölkəmizdə ana südü ilə qidalandırma ilə bağlı müxtəlif tədbirlər keçirilir. Qeyd edib ki, bu tarixin keçirilməsində əsas məqsəd – körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalandırmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə aparmaqdır.
Sumqayıt Tibb Mərkəzin direktoru Səkinə Sadıxova ana südü ilə qidalanmanın əvəzsiz rolundan danışıb. Bildirib ki, ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır. Eyni zamanda, körpələri ana südü ilə qidalandırmağın ən mühüm üstünlüklərindən biri də ana ilə uşaq arasında emosional və fiziki əlaqəni təmin etməkdir. Vurğulayıb ki, körpəni ana südü ilə qidalandırmağın qadının sağlamlığına da müsbət təsir göstərir.
Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova bildirib ki, dövlətimiz tərəfindən səhiyyəyə böyük diqqət və qayğı göstərilir. Müasir standartlara cavab verən 2 nömrəli xəstəxananın tikintisi bunun bariz nümunəsidir.
Tədbirdə simvolik olaraq iştirakçılar örtüklər geyiniblər. Bu da ana südü ilə qidalanmanın əhəmiyyətini bir daha göstərib. İlk mamaça olan Floresinsin siması da tədbirdə canlandırılıb.
Ankara Universiteti Tibb Fakultəsinin professoru Ömer Erdeve keçirilən bu tədbirin əhəmiyyətindən danışıb və bu addımı yüksək qiymətləndirib. Perinatal Mərkəz adından Ömer Erdeve hədiyyələr təqdim olunub.
Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, BMT-nin Uşaq Fondunun nümayəndələri öz çıxışlarında ana südünün uşağın inkişafı, onun immun sisteminin güclü olması, gələcək fiziki və zehni inkişafına göstərdiyi təsirdən söz açıb və iştirakçıları süni qidalardan uzaq olmağa çağırıblar.
Çıxışlardan sonra “Ana Südü ilə qidalandırmaya sosial yanaşma”, “Hamiləlikdə COVİD-19-a yoluxmuş analardan doğulan yenidoğulmuşların qidalanması”, “Ana Südü ilə qidalandırmanın üstünlükləri”, “Ana südünün möcüzəsi” mövzusunda təqdimatlar nümayiş olunub.
Sonda iştirakçılara ana südü ilə qidalanmanın faydalarına dair maarifləndirici materiallar paylanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər