Sumqayıtda uşaqların sağlamlığı üçün ciddi addımlar atılıb - VİDEOREPORTAJ

1205


Səhiyyə sahəsində atılan hər bir addım əhalinin  sağlamlığını təmin etmək məqsədi daşıyır. Sumqayıt şəhərində də əhalinin sağlamlığını etibarlı şəkildə qorumaq, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması məqsədi ilə təmirə ehtiyacı olan səhiyyə obyektləri mərhələli şəkildə təmir edilir. Şəhər Uşaq Xəstəxanasına  əsaslı təmirdən sonra müasir tibbi avadanlıqlar gətirilib ki, bu da  uşaqların müalicə və müayinəsi üçün  hər cür şərait yaradıb.

Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avadanlıqla təchiz edilməsi, vətəndaşların pulsuz dərman preparatları ilə təmini, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların əsasını təşkil edir. Bu məqsədlə regionlarda da yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılır, ehtiyacı olanlar əsaslı təmir edilir.

Sumqayıt şəhərində fəaliyyət göstərən əksər tibb müəssisələri əsaslı təmir edilib, ən son müasir tibbi avadanlıqlarla təhciz edilib. Sumqayıt şəhər Uşaq Xəstəxanasında da əhalinin sağlamlığının keşiyində durmaq üçün hər bir şərait yaradılıb.

1956 –cı   ildə  istifadəyə verilən Sumqayıt Şəhər Uşaq Xəstəxanası 140 çarpayılıqdı. Burada 50 yolxucu, 50 pediatrik, 30 cərrahi, 10 reanimasyon çarpayı və 7 şöbə  var. Uşaq xəstəxanasının Yolxucu Xəstəliklər korpusu son 40 ildə təmir olunmuyub. Əsaslı təmir işlərinə ciddi ehtiyacı olduğuna və sanitar-gigiyenik qaydalarının tələblərinə cavab vermədiyinə görə  sözügedən korpus ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. Yolxucu Xəstləkilər Korpusunun təmir edilməsi və ən müasir tibbi avadanlıqla təhciz edilməsi yaxn rayonlarda yaşayanların da artıq Bakı şəhərinə deyi, Sumqayıta üz tutmasına səbəb olub. Elə əvvəllər Sumqayıt sakinləri özləri də uşaqlarını müalicə üçün Bakıya aparmalaı olurdularsa artıq buna ehtiyac qalmayıb. Artıq xəstəxana nəinki şəhər əhalisinə həmçinin  regioanl xidmət göstərir.

Xəstəxananın əsas korpusunda da cari təmir işləri aparılıb,müasir avadanlıqlar quraşdırılıb.Təmirdən qabaq il ərzində xəstəxana  8500 uşaq qəbul edirdisə,təmirdən sonra il ərzində 14-15 min xəstəyə xidmət göstərilir,uşaq ğlümünün qarşısı şəhərdə  dörd beş dəfə azalıb. Görülən bu işlər valideyinləri çox sevindirir.

Müasirləşib gözəlləşən Sumqayıtda sakinlər tibb müəssisələrinə  müraciət edəndə  aparılan yenidənqurma işləri onları sevindirir və bunu onlar dövlətin vətəndaşlara olan yüksək qayğısı kimi qiymətləndirirlər. Yaxın rayonların sakinləri də xəstəxanaya müraciət edirlər.

Səhiyyə obyekti tibb işçilərinin rahatlığına, onların öz potensiallarından daha səmərəli istifadə etmələrinə imkan verəcək.Yeni avadanlıqlar hesabına uroloji əməliyyatlar, eləcə də ümumi uşaq cərrahiyəsinə uyğun əməliyyatlar aparılır.

Təmirdən sonra xəstəxanda  somatik reanimasiya, yeni doğulmuşların patalogiyası, pediatiriya və cərrahiyə şöbələrinin hər biri müasir tibb avadanlıq, küveyslər və  dərman preparatları ilə təmin olunub. Tibb ocağıının həyəti  abadlaşdırılıb, asfalt vurulub, yaşıllıq salınıb, xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər