Sumqayıtda vaxtı ötmüş ərzaq məhsulları satan mağazalar – SİYAHI

770

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlərini keçirib. Milli.Az qurumun saytına istinadən xəbər verir ki, monitorinqlər zamanı ümumi çəkisi 950 kiloqrama yaxın saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən kolbasa, bal, şəkər və qənnadı məhsulları, makaron və un məmulatları, konservləşdirilmiş məhsullar, yağlar, süd və süd məhsulları, balıq məhsulları, pivə, meyvə şirələri, sərinləşdirici içkilər, çay və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusu aşkarlanmış ticarət obyeklərinin siyahısı:

Sumqayıt şəhərində – 10-cu mikrorayonda yerləşən “Azuqə market”də;

– 2-ci mikrorayon, Sülh küçəsində İsa Cabbarova məxsus mağazada;

– 2-ci mikrorayon, Sülh küçəsində Sərvər Hacıyevə məxsus mağazada;

32-ci məhəllə, N.Nərimanov küçəsində yerləşən “Karvan market”də;

– 13-cü mikrorayonda yerləşən “Elmir market”də;

– M.Hüseynzadə küçəsi, məhəllə 1 ünvanında yerləşən “Nehrəm market”də;

– 16-cı mikrorayon, Axundov küçəsi, ev 2A ünvanında İlyas Ələkbərova məxsus mağazada;

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək. Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər