Sumqayıtda “Velo-şəhər” ekoloji sağlam nəqliyyat vasitəsinin təbliği kampaniyası təşkil olunacaq

556
“Sağlam Düşüncə” Gənclər Təşkilatı 13 yanvar 2022-ci il tarixində Sumqayıt şəhərində təşkil ediləcək “Velo-şəhər” ekoloji sağlam nəqliyyat vasitəsinin təbliği kampaniyasının yekununda Sumqayıt şəhərinin ekologiyasında həssas olan, velosipedi nəqliyyat vasitəsi kimi şəhərin həyatında görmək istəyən gənclər üçün tədbir təşkil edəcəkdir.
Tədbir çərçivəsində gənclər Sumqayıt şəhər rəsmiləri ilə görüş keçirəcək, Sumqayıtın velo-şəhərə çevrilməsində atılacaq addımların müzakirəsində iştirak edəcəklər.
Doğma şəhərinin həyatında rol almaq istəyən gənclər müraciət edərək öz töhfəsini verə bilər!
Tədbirdə iştirak etmək istəyən gənclərin qeydiyyatdan keçməsi vacibdir:

Telefon: +994558237290
Email: livehealthy@csyo-az.org

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər