Sumqayıtda Vətən uğrunda canından keçən şəhidlərimizin anım mərasimləri təşkil edilib

736

Sumqayıt şəhərində şəhidlərimiz – leytenant Qorçuyev Anar Nadir oğlunun, əsgər Əhmədəliyev Kərim Rövşən oğlunun, baş leytenantı, Tibb xidməti rəisi Şöhrət Şakir oğlu Qasımovun, baş gizir Mehman Musa oğlu Yusifovun  il mərasimləri keçirilib.

Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmiləri, Millət vəkilləri, Sumqayıt şəhər Cümə Məscidinin Axundu, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər