Sumqayıtda vurulan peyvəndlərin sayı yarım milyonu ötüb – AÇIQLAMA

1277

“Azərbaycanda vaksinasiya prosesinə başlanan gündən indiyədək, yəni son bir il ərzində 226 min şəhər sakininə 503 min Covid-19 əleyhinə vaksin vurulub”.
Bu barədə yerli TV-yə açıqlamasında “Sumqayıt Tibb Mərkəzi” Publik hüquqi şəxsin direktoru Səkinə Sadıxova məlumat verib. S. Sadıxova bidirib ki, ötən ilin oktyabr ayından başlayaraq isə 3-cü doza üzrə vaksinləşmə aparılır: “Bu günə qədər 67 000 vətəndaş 3-cü doza vaksin alıb. Hər gün mindən çox vətəndaşa vaksinasiya aparılır. Vaksinasiya üçün şəhərimizdə daimi 8 tibb məntəqəsi fəaliyyət göstərir. Eyni zamanda əhalinin sıx olduğu ərazilərdə vaxtaşırı səyyar tibb məntəqələri xidmət göstərir”.
Direktor qeyd edib ki, şəhər əhalisinin vaksinasiyada aktiv iştrak etməsinin nəticəsidir ki, artıq 4 aydır Sumqayıtda Covidli xəstələr üçün olan tibb müəssisəsi fəaliyyətini dayandırıb: “Yoluxan şəxslər yüngül formada evdə ambulator şəkildə müalicələrini davam etdirirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər