Sumqayıtda Xalq yazıçısı Çingiz Abdullayevin gənclərlə görüşü keçirilib

1102

Dekabrın 3-də Mənəvi Dəyərlərin Təbliği Fondunun “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində Sumqayıt şəhərində xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə gənclərin  görüşü keçirilib. Gənclərin böyük marağına səbəb olan görüşdə Çingiz Abdullayev müxtəlif məsələlərlə bağlı fiir və düşüncələrini bölüşüb, iştirakçıları maraqlandıran suallara cavab verib.

Görüşün sonunda görkəmli yazıçıya Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov tərəfindən fondun plaketi təqdim edilib.

Məlumat üçün qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondu mütəmadi surətdə gənclərlə ziyalılar arasında bu cür görüşlər keçirməkdədir. Ənənə halını alan bu görüşlərdə məqsəd gənclərin dünyagörüşünün artırmaq, onları ideya-mənəvi baxımdan daha da zənginləşdirməkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər