Sumqayıtda “Xəmsə” Milli İntellektual Oyununun seçim turunun qalibləri müəyyənləşib

610

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Xəmsə” Milli İntellektual Oyunu üzrə tələbələr arasında X Azərbaycan çempionatının şəhər seçim turunun qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, seçim turu Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov intellektual oyunun gənclərin dünya görüşünü, intellektual səviyyəsini artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirildiyini bildirib.

O, şəhər mərhələsində I- IV yerin qaliblərinin Abşeron zona mərhələsində iştirak edəcəklərini vurğulayıb.

Yarışmada 12 komanda iştirak edib. Gərgin və maraqlı şəraitdə keçən bilik yarışının sonunda I yerə “B 612”, II yerə “Qızıl aypara”, III yerə “Gənclik” komandaları layiq görülüblər. Qaliblərə Baş İdarənin kubok, medal, fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər