Sumqayıtda xırda oğurluqlar edən şəxs məhkəmə zalından azadlığa buraxıldı

758
Sumqayıt Apellyasiya Məhkəməsində oğurluqda təqsirli bilinərək 1 ay müddətinə inzibati həbslə cəzalandırılan Bəhruz Mehdiyevin apellyasiya şikayətinə baxılıb.
Hakim Fərmayıl Zeynallının sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara əsasən, B.Mehdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi (xırda talama) ilə təqsirli bilinərək 1 ay müddətinə inzibati həbs seçilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilib. Onun cəzası 240 saat ictimai işlər inzibati tənbeh tədbiri ilə əvəz edilib.
B.Mehdiyevin həbsdə saxlanıldığı 9 gün inzibati həbs müddəti ictimai işlərin 72 saatına bərabər tutularaq, ona təyin edilmiş inzibati tənbehdən çıxılıb və üzərində 168 saat ictimai işlər inzibati tənbeh tədbiri saxlanılıb. O, məhkəmə zalından azad edilib.
Qeyd edək ki, ittihama görə, B.Mehdiyev St.Sumqayıt qəsəbəsi ərzazisində Vəliyeva Ulduz Allahqulu qızına məxsus mağazadan 20 manat dəyərində müxtəlif növ siqaretlər, 40 manat dəyərində müxtəlif növ araqlar və 20 manat nağd pul oğurlayıb.
Bundan başqa o, Sumqayıt şəhəri, Yaşıldərə bağlr massivi ərazisində, Qəhrəmanov Loğman İnşallah oğluna məxsus yerləşən dəmir vaqonun qıfılını sındıraraq oradan 1 ədəd televizor antenası, 1 ədəd sərinləşdirici, 1 ədəd “Nokia” markalı mobil telefonunu oğurlayaraq sonuncuya 80 manat maddi ziyan vurub.
Təqsirləndirilən həmçinin, Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən, Cəbiyev Elxan Vəzir oğluna məxsus “Nicat” marketin arxa qapısının qıfılını sındırmaq yolu ilə içəri daxil olaraq 90 manat nağd pulu gizli olaraq oğurlayıb.
Bu faktlara görə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsi B.Mehdiyevin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərib və məhkəmə ona 1 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdi.
Qərardan apellyasiya şikayəti verən B.Mehdiyev əməlindən səmimi peşmançılıq çəkdiyini, iki azyaşlı uşağının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, onlara kömək edəcək heç kimin olmamasını, həmçinin oniki barmaq bağırsağında xora xəstəliyindən əziyyət çəkdiyini nəzərə alaraq, daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Qeyd edək ki, bu əmələ görə, 160 saatdan 240 saatadək ictimai işlər və ya üç ayadək müddətə inzibati həbs tətbiq edilir. (report.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər