Sumqayıtda xüsusi karantin rejimini pozan sürücülərin sayı açıqlanıb

572

Sumqayıt şəhərində xüsusi karantin rejimi qaydalarını pozan nəqliyyat vasitəsi sürücülərinin sayı açıqlanıb.

Sumqayıt Dövlət Yol Polisindən APA-nın yerli bürosuna bildirilib ki, xüsusi karantin rejimi tətbiq olunandan bu günədək 1334 nəqliyyat vasitəsi ilə hərəkətdə olan şəxs barəsində inzibati protokol tərtib edilib.

Hərəkət iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsininin tələblərinə əsasən 100 AZN məbləğində cərimələniblər.

Qeyd edək ki, Sumqayıtın giriş-çıxışlarında postlar qurulub. Bununla yanaşı, şəhərin daxilində yol polisi əməkdaşları tərəfindən hərəkətdə olan nəqliyyat vasitələri yoxlanılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər