Sumqayıtda yanğın təhlükəsizliyi məsələsi müzakirə olunub – FOTOLAR

1431

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Regional Mərkəzin akt zalında payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq “Payız-qış mövsümündə Sumqayıt RDYNİ-nin xidməti ərazisində yanğın təhlükəsizliyinin təmin olunmasında vəzifələrin icrası, problemlər və aidiyyatı təşkilatlar tərəfindən onların həlli istiqamətləri, qurumlar arasında qarşılıqlı iş fəaliyyəti” mövzusunda müşavirə keçirilib.

Müşavirədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin müvafiq idarə və şöbələrinin nümayəndələri, Sumqayıt şəhər İcra Hakimiyyətinin, yerli özünüidarəetmə və icra orqanlarının, Xızı rayonu icra hakimiyyəti və bələdiyyələrin rəhbər şəxsləri, FHN Sumqayıt Regional Mərkəzinin və Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəhbərliyi iştirak edib.

Tədbiri giriş sözü ilə açan FHN-in Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini daxili xidmət polkovniki Fikrət Ələkbərov öz çıxışında mövcud olan problemlərlə birgə mübarizə aparmağın vacib olduğunu bildirib. O, həmçinin çıxışında yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar yeri icra hakimiyyəti orqanları qarşısında duran vəzifələri açıqlayıb.

Sonra tədbirdə Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin şöbə rəisi, daxili xidmət polkovnik-leytenantı Zabit Dünyamalıyev xüsusi olaraq vurğulayıb ki, elektrik, qaz təchizatı və istehlak sahəsində təhlükəsizlik qaydalarına əməl olunması, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və bədbəxt hadisələrlə nəticələnən, vətəndaşlara ziyan vurulmasına səbəb olan pozuntuların qarşısının alınması istiqamətində təxirəsalınmadan qabaqlayıcı tədbirlərin həyata keçirilməsi prioritet məsələlərdəndir.

Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək fövqəladə halların qarşısının alınmasında, eləcədə nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində birgə fəaliyyətin müstəsnaəhəmiyyətini vurğulayıb, bu sahədə FHN Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.

Müzakirələr şəraitində keçirilmiş tədbir zamanı səslənmiş problemlər və onların aradan qaldırılması məqsədilə qeyd olunmuş təkliflər ümumiləşdirilib və həyata keçirilmək üçün tövsiyə olunub.

Sonda tədbir iştirakçıları yekdilliklə belə tədbirlərin faydasından danışıb, onların gələcəkdə də mütəmadi surətdə keçirilməsinin mühümlüyünü xüsusi qeyd ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər