Sumqayıtda yararsız yollar bərpa olunur, 25 saylı marşurut xətti bərpa olunacaq

1638

Son illər Sumqayıt şəhərində yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr reallaşdırılıb.

Son 5 il ərzində Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur.

Bu işlər hazırda da davam etdirilir.  Şəhərin 9-cu mikrorayon ərazisində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan yollar təmir olunur.

Hazırda ərazidə yeni asfalt örtüyünün döşənməsi üçün hazırlıq görülür, təmir olunan küçələrdə piyadalar üçün səkilər salınır.

Şəhərin 9-cu mikrorayon ərazisində yol infrastrukturu əsaslı təmir olunduqdan sonra, şəhər sakinlərinin ehtiyacları nəzərə alınaraq 25 saylı marşurut xətti bərpa olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Kamil
    May 5, 2020 - 11:29

    Salam Sumqayit Yeni yaşayiş massivinə MERO evləri ərazisində qaz xətti yoxdur. İşiqladırılmasını xahiş edirik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər