Sumqayıtda yaşayan məcburi köçkün ailələri üçün şad xəbər!

3211

Sumqayıt şəhərində yataqxanalarda və digər obyektlərdə ağır şəraitdə yaşayan 2900 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti işləri aparılır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu məqsədlə Abşeron rayonu ərazisindən Komitəyə ayrılmış 50,0 ha torpaq sahəsində,  birinci mərhələdə, daha ağır şəraitdə yaşayan 1000 ailə üçün  24 ədəd 7 mərtəbəli binadan ibarət yaşayış kompleksi inşa edilir.

Kompleksə 792 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası,  ikimərtəbəli inzibati bina ( yerli icra strukturları, mənzil-istismar xidməti və s. üçün), həkim məntəqəsi, klub-icma mərkəzi və ATS binası da daxildir.  Burada aparılan tikinti  işlərinin 2018-ci ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər