Sumqayıtda yazıçı Günel Eyvazlı ilə görüş keçirilib, mühazirəsi dinlənilib – FOTOLAR

323

Səməd Vurğun adına Sumqayıt Mərkəzi Kitabxanasında yazıçı Günel Eyvazlı ilə görüş keçirilib, mühazirəsi dinlənilib, yeni “İşıq” adlı kitabı oxuculara təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Kitabxananın rəhbəri Yeganə Əhmədova Günel Eyvazlı ilə görüşə təşrif buyurmuş tələbə və müəllim kontingentini salamlayıb, yazıçının ədəbi fəaliyyəti haqqında geniş məlumat verib: “Çoxunuz Günel Eyvazlını yazılarından, mətbuatda, televiziyada çıxışlarından tanıyırsınız. Amma mən əminəm ki, canlı görüş vasitəsilə siz ayrı bir Günel Eyvazlı kəşf edəcəksiniz. Günel xanım Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Prezident təqaüdçüsüdür. Bu yaxınlarda önəmli ədəbiyyat Festivalının mükafatına layiq görülüb. Düşündürücü esselər, hekayə və şeirlər müəllifidir”.

Günel Eyvazlı görüşün təşkilinə görə Yeganə xanıma təşəkkür edərək görüşə təşrif buyurmuş tələbələrə, oxucu və müəllimlərə  təşəkkür etmiş, saat yarım müddətində elm, ədəbiyyat, fəlsəfə, din, mifologiya, müasir dünya tendensiyaları, cəmiyyət mövzuları ətrafında mühazirə söyləmiş, şeirlərini səsləndirərək oxucuların, tələbələrin  suallarına ətraflı cavab vermişdir.

Sonda oxucular yazıçıya görüşdən məmnun qaldıqlarını, söylənilmiş mühazirə vasitəsilə yeni, əhatəli bilgilər əldə etdiklərini, hələ nə qədər kitab oxumanın vacib olduğunu bildiriblər. Dəyərli mütaliə məsləhətləri verdiyi üçün Günel Eyvazlıya təşəkkür ediblər.

FOTO müəllifi: Elşən Tağıyevdir

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər