Sumqayıtda yeni idarə rəisi - TƏYİNAT

1259

Sumqayıt Texnologiyalar Parkına (STP) yeni Baş idarə rəisi təyin olunub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, yeni təyin olunan şəxs Seymur Hacıyevdir. O, vəzifəsinin icrasına bu ayda (avqustdan) artıq başlayıb.
Seymur Hacıyev iki ay idi ki, ölkənin ən böyük otel şəbəkəsinə malik “Absheron Hotel Group” MMC-yə Satınlama Qrupu üzrə direktor təyin olunmuşdu.
Buna qədər isə Azərbaycan və Qazaxıstanda müxtəlif vəzifələrdə çalışıb.
Yerli şirkətlərdə ilk proffesional karyerası “Synergy Group” MMC-də (2013-2015) başladıqdan sonra “Gilan Holding” MMC-yə (2015-2019) keçib.
Bildirək ki, Hacıyev ABŞ-ın Corc Vaşinqton Universitetində magistr dərəcəsinə yiyələnib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər