Sumqayıtda yeni istehsal müəssisələri yaradılacaq

3111

Sumqayıt şəhərində yeni istehsal müəssisələri yaradılacaq.

ONA-nın yerli bürosunun məlumatına görə, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, Sumqayıt şəhərində iplik istehsalı müəssisəsinin qurulması, sabun və gigiyenik məhsullar, sellüloz, müxtəlif profnastillər və kaset panellər, şərab şüşələri və tara istehsalı, logistika mərkəzinin yaradılması planlaşdırılır.

Bununla yanaşı, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin inkişaf etdirilməsi istiqamətində də addımlar atılacaq. Belə ki, orada şüşə və saxsı məmulatlar istehsalı zavodunun tikintisi, müasir tipli dam örtükləri və fasad üçün düz lövhələr, termoformasiya metodu ilə vərəqə şüşə istehsalı, yun əyirici-boyaq fabrikinin və sənayedə geniş istifadə olunacaq polimerdən kisə və torbaların istehsalı müəssisəsinin tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Digər saytlarda:

https://ona.az/az/iqtisadiyyat/sumqayitda-yeni-istehsal-muessiseleri-yaradilacaq-11366

http://news.lent.az/news/314638

https://www.ekspress.az/news/367-sumqayitda-yeni-zavodlar-tikilecek

https://metbuat.az/news/1188742/sumqayitda-yeni-istehsal-muessiseleri-yaradilacaq.html

http://www.moderator.az/news/270964.html

http://minval.info/sumqayitda-yeni-istehsal-mu-ssis-l-ri-yaradilacaq/117728

https://palitranews.az/news.php?id=105363

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər