Sumqayıtda yeni müəssisə fəaliyyətə başlayacaq

2045

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident – “Azmonbat” MMC qeydiyyata alınıb və bununla da Sənaye Parkının rezidentlərinin sayı 21-ə çatıb.

Fins.az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, “Azmonbat” MMC Sənaye Parkının ərazisində qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyaların utilizasiyasını həyata keçirəcək. Layihəyə əsasən, yaradılacaq müəssisədə utilizasiya nəticəsində polipropilen, polietilen, qurğuşun lövhə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə ediləcək.

Qeyd edək ki, “Azmonbat” MMC gələcəkdə parkın ərazisində avtomobil akkumulyatorlarının istehsalı müəssisənin yaradılmasını da nəzərdə tutur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər