Sumqayıtda yeni rəis təyinatı

749

Bir müddət öncə,  Sumqayıt Şəhər Polis İdarəsinin yeni rəisi general-leytenant Sahib Mirzəyev İdarənin bir neçə yüksək rütbəli əməkdaşı və müavinlərindən biri ilə yanaşı bölmə rəislərindən də biri ilə vidalaşmışdı.  4-cü bölmənin rəisi polkovnik-leytenant Elman Səfərov  postunu itirmişdi.

Budur, bölmə rəisinin yerinə artıq təyinat da edilib.  Bundan sonra bu vəzifəni mayor Zaur Mehdizadə tutacaq.  Qeyd edək ki, 1978-ci il təvəllüdü Z.Mehdizadə buna qədər İnterpolun Azərbaycan Milli Bürosunda çalışıb.

Xatırlatmaq yerinə düşər ki, şəhərin polis idarəsinin rəisi S.Mirzəyevin də bundan öncəki iş yeri eyni idarə olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər