Sumqayıtda yeni yaradılan Əlaqələndirmə Mərkəzinin iclası keçirilib

999

Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə yaradılmış Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin iclası keçirilib.

İclasda vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu baxımdan, Sumqayıt şəhərində də şəhid ailələri və müharibə iştirakçılarının qayğıları ilə müntəzəm olaraq maraqlanılır, onlarla fərdi görüşlər keçirilir və sosial qayğıları ilə yaxından tanış olunur, onlara xüsusi diqqət göstərilir.

Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev görülmüş işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, prioritet məsələlərdən biri şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların məşğulluğunun təmin olunmasıdır. Bu məqsədlə artıq tədbirlər planı hazırlanıb və şəhər ərazisində fəaliyyət göstərən işəgötürənlərlə görüşlər keçirilib, müzakirələr aparılıb. Mövcud vakansiyalar Əlaqələndirmə Mərkəzinə təqdim olunub.

Tədbir iştirakçıları Əlaqələndirmə Mərkəzinin gələcək fəaliyyəti və gündəlikdə olan məsələlərlə bağlı müzakirələr aparıblar.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamı ilə yaradılıb. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında fəaliyyət göstərən Əlaqələndirmə Mərkəzi şəhid ailələri və qazilərin məşğulluğunun təmin olunması, onların sosial vəziyyətlərinin gücləndirilməsi baxımından göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etməkdir.

Facebook səhifəsi: https://www.facebook.com/SumqayitElaqelendirmeMerkezi

Whatsapp : +9940777 164 164

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər