Sumqayıtda yerləşən şirkət satılır

1450

FED.az xəbər verir ki “Metalqab” ASC-nin səhmdarı Axundov İsfəndiyar Məhəmməd oğlu malik olduğu 225227 ədəd (93,0998 %) səhmini tam şəkildə “Archi Glass” MMC-yə (VÖEN 1503804231) satır.

Məsələyə 8 noyabr 2018-ci il tarixində” Metalqab” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağında baxılacaqdır.

“Metalqab” müəssisəsi 1969-cu ildə istifadəyə verilmişdir. 29.05.1997-ci “Azərkimya” Dövlət Şirkətinin Sumqayıt Metal Qab zavodunun bazasında “Metalqab” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Özəlləşdirmə Portalıda bildirilir ki, ASC-nin səhəm zərfinin 69.95%-i satılıb. Hazırda isə zərfin 30.05%-i satılır. Hazırda satılan səhm zərfinin nominal dəyəri (50% güzəştlə) 72 min 687 manatdır.

Belə çıxır ki, müəssisə Axundov İsfəndiyar Məhəmməd oğlu tərəfindən özəlləşdirilib, lakin bu barədə məlumat Özəlləşdirmə Portalında yenilənməyib.

Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 ünvanında yerləşən müəssisə 23851.0 kv.m torpaq sahəsinə, 9258.6 kv.m tikilialtı sahəyə malikdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər