Sumqayıtda yol qəzasında 3 nəfər xəsarət alıb – FOTO – VİDEO

1792

Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sülh prospektində, şəhərin əsas giriş hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilə onun arxasınca gələn digər “Mercedes” markalı avtomobil çırpılıb. Zərbənin gücündən avtomobil işıq dirəyini aşıraraq yolun digər hissəsinə keçib. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Bir müddət avtomobil yolunda tıxac yaranıb. Yol polisinin müdaxiləsindən sonra avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bir neçə gün bundan öncə isə həmin yolda 1 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər