Sumqayıtda yol qəzasında 7 nəfər yaralanıb

3116

Sumqayıtda ağır yol- nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sahil küçəsində qeydə alınıb.

AzərTAC  xəbər verir ki, “Mercedes” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar: 1987-ci il təvəllüdlü Şəhriyar Abdulhüseyn oğlu Həsənov, həyat yoldaşı 1988-ci il təvəllüdlü Ülkər İmran qızı Həsənova və onların qızları 2013-cü il təvəllüdlü İnci Şəhriyar qızı Həsənova və 2017-ci il təvəllüdlü Ləman Şəhriyar qızı Həsənova, Rövşən Babək oğlu Əlizadə, Samir Baba oğlu Sahilzadə və Seymur Sadiq oğlu Quliyev Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər