Sumqayıtda yol qəzasında xəsarət alanlardan biri ölüb

2766

Sumqayıtda dünən baş verən qəza zamanı xəsarət alanlardan biri ölüb.

Xəsarət alaraq reanimasiyaya yerləşdirilən 1965-ci il təvəllüdlü Hümbətova Tamella Tərxan qızı orada dünyasını dəyişib.

Xatırladaq ki, ötən gün “Stansiya Sumqayıt” ərazisindən keçən avtomobil yolunda “Hyundai” markalı mikroavtobus və “Hyundai Santa Fe” markalı minik avtomobilinin toqquşması nəticəsində 16 nəfər xəsarət almışdı.

***

15 mart, 20.53

Sumqayıtda qəzada xəsarət alanların sayı artıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində ümumilikdə 16 nəfər xəsarət alıb. Xəsarət alanlardan 9 nəfər xəstəxanaya yerləşdirilib, 7 nəfərə ambulator xidmət göstərilərək evə buraxılıb. Xəstəxanaya yerləşdirilənlərdən 3 nəfərin vəziyyəti ağırdır.

Məlumata görə, “Hyundai” markalı mikroavtobus Xaçmaz rayonundan gəlirmiş.

19.43

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Hyundai” markalı mikroavtobus “Hyundai Santa Fe” minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər