Sumqayıtda “zapravka”da YANĞIN OLDU (FOTO)

3225

Sumqayıtda yanacaq doldurma məntəqəsində baş vermiş yanğın söndürülüb.

Unikal.org xəbər verir ki, hadisə YDM ərazisindəki avtomobil ehtiyat hissələri mağazasında baş verib.

Yanğın nəticəsində 50 kv/m sahədə bütün yanar konstruksiyalar və yaxınlıqda olan “Mercedes” markalı avtomobil qismən yanıb.

Yanğının qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb və yanacaq çənlərinə keçməsinə imkan verilməyib.

***

Sumqayıt şəhərində yanacaq doldurma məntəqəsində (YDM) yanğın baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə 17-ci mikrorayon İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hadisə yerinə FHN-in 5 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər görülür.

  • Azərbaycanda "zapravka"daYANĞIN OLDU (FOTO)
  • Azərbaycanda "zapravka"daYANĞIN OLDU (FOTO)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər