Sumqayıtda zavod direktoru 3000 manat cərimələndi

1147

“Sumqayıtda yerləşən etilen-polietilen zavodu ərazisinə qaz və tüstünün yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Aparılan monitorinq və araşdırma zamanı ətrafa yayılan iy-qoxunun yaxınlıqda yerləşən “TAC Metal” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus metaləritmə sahəsində formalaşdığı məlum olub”.

sumqayitxeber.com APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 4 saylı Regional Ekologiya İdarəsinin rəisi Mübariz Vəliyev deyib.

O qeyd edib ki, həmin ərazinin atmosfer havasından götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə etil-benzolun qatılığının normadan 1,4 dəfə çox olduğu müəyyənləşib. Faktla bağlı metaləritmə sexinin direktoru Müslüm Abbasov barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimələnib. Gələcəkdə belə halların baş verməməsi üçün sexin direktoruna icrası məcburi olan müddətli göstəriş verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər