Sumqayıtdakı yanğında yaralananlardan birinin vəziyyəti ağırdır – TƏBİB

3568

“Sumqayıt Etilen-polietilen Zavodunda baş verən yanğında yeddi nəfər xəsarət alıb, onlardan birinə ambulator yardım göstərilib və evə buraxlıb”.

Bunu APA -ya açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib: “Onlardan birinin vəziyyəti ağırdır”.

Qeyd edək ki, bu gün SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər