Sumqayıtdakı yanğının söndürülməsinə 2 helikopter cəlb edilib

653

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın davam edir.

Trend xəbər verir ki, hadisə yerinə yanğınsöndürən maşınlardan əlavə, 2 helikopter cəlb edilib.

***

18:35

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər