Sumqayıtdan növbəti yardım Çinin Sian şəhərinə yola düşdü

1889

Sumqayıt şəhər İcra Hakimiyyəti Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Sian şəhərinə də tibbi ləvazimatlar göndərib.

Çində yayılan yeni tip koronavirus epidemiyası getdikcə daha çox əraziyə yayılır, qarşısının alınmasında ciddi çətinliklər yaşanır.

Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Mienyen şəhəri ilə yanaşı bu gün Çin Xalq Respublikasının Sian şəhərinə də tibbi ləvazimatlar göndərib.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Sian şəhərinə 40 min ədəd maska, 50 min ədəd steril əlcək, 50 min ədəd 100ml-lik spirt göndərilib.

Qeyd edək ki, bu günə olan məlumata görə Çindә yeni növ koronavirus epidemiyası sәbәbindәn hәlak olanların sayı 1114 nәfәrә çatıb.

Bu barәdә Çinin Milli Sәhiyyә Komissiyasından verilәn mәlumatda bildirilib. Mәlumatda qeyd olunub ki, virusa yoluxanların sayı 44  min 653  nәfәrә çatıb. Bunlardan 8 min 204-nün vәziyyәti kritiktir. Mәlumatda hәmçinin bildirilib ki, müalicә olunanların sayı 632-dir.

Sutka әrzindә virus sәbәbindәn hәlak olanların sayı 97 nәfәrә çatıb, daha 16 min   nәfәr koronavirus şübhәsi ilә xәstәxanaya yerlәşdirilib. Belәliklә koronavirus epidemiyası sәbәbindәn  xәstәxanaya müraciәt edәnlәrin sayı 185 min 37 nǝfǝrǝ yüksәlib.

Yeni növ  koronavirus ilk olaraq Çinin Xubey әyalәtinin Vuxan şәhәrindә yayılmağa başlamışdı.

DİGƏR SAYTLARDA:

https://report.az/siyasi-xeberler/xarici-siyaset/azerbaycan-cine-novbeti-defe-yardim-etdi/

https://www.apa.tv/xeberler/sumqayitdan-cine-yardim-gonderildi-koronavi̇rusla-mubari̇ze-ucun-54379

https://lent.az/news/339216

https://ena.az/az/news/id-19581

https://salamnews.org/az/news/read/374404

https://modern.az/az/news/227304

https://banker.az/azərbaycan-novbəti-dəfə-cinə-yardim-et/

https://azertag.az/xeber/Sumqayitlilar_CHinin_Siana_seherine_tibbi_levazimatlar_gonderibler-1412261

https://www.yeniavaz.com/az/news/index/130785/azerbaycan-novbeti-defe-cine-yardim-etdi-foto

https://sia.az/az/news/social/788515.html

https://yenisabah.az/36135/sumqayitdan-novbeti-yardim-cinin-sian-seherine-yola-dusdu

http://qaynarinfo.az/az/azerbaycan-nvbeti-defe-ine-yardim-etdi-foto/

http://olke.az/news/detail/azerbaycan-novbeti-defe-cine-yardim-etdi-foto-181212/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər