Sumqayıtın Bahar qızları Bakıda

365

Xətai Sənət Mərkəzində “Sumqayıtlı Bahar qızları Bakıda” adlı tədbir keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi, Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Sumqayıt 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əntiqə Rzayeva çıxış edərək belə tədbirlərin təşkil olunmasının əhəmiyyətindən danışıb. Rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verən direktor, gələcək planlardan da söz açıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov və digərləri çıxış edərək bu mövzuda tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Tədbir çərçivəsində müxtəlif rəqs nümunələri, səhnəciklər, rəsm əsərləri, o cümlədən, uşaqların hazırladığı müxtəlif bəzək əşyaları təqdim edilib.

Tədbir “Nəsimi ili” çərçivəsində sumqayıtlı uşaqlarla bahar bayramlarının ab-havasını birgə yaşamaq məqsədilə təşkil olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər