“Sumqayıt”ın baş məşqçisi: “Dəyişiklik olmasa, yəqin ki, bu klubda olmayacağam”

527

Topaz Premyer Liqasının XVII turunda “Keşlə”nin qonağı olan “Sumqayıt” səfərdən əliboş dönüb – 1:2.

“Report”un xəbərinə görə, oyunsonrası mətbuat konfransına əsəbi halda gələn “kimyaçılar”ın baş məşqçisi Ayxan Abbasovu hətta klub prezidenti Riad Rəfiyev də sakitləşdirə bilmirdi. Əvvəlcə “mümkün deyil” deyən Abbasovun istefa verməsi gözlənilirdi. O, bu fikirləri səsləndirib: “Uşaqlar yaxşı hazırlaşmışdı. Qələbə qazanmaq istəyirdik. Bilirdik ki, məğlubiyyət işimizi çətinləşdirəcəkdi. Rəhbərliklə görüşümüz olacaq”.

– Görüş nədən ibarət olacaq?

– Bəzi şeylər dəyişməlidi. Əgər avrokuboka getmək istəyiriksə, dəyişilməlidi. Bu baş verməsə, yəqin ki, bu klubda olmayacağam.

– Legioner istəyirsiniz?

– Təkcə legioner söhbəti deyil. Azarkeş qələbə, avrokuboka getmək istəyir. Görürsünüz ki, çətindir. Bizim də səhvimiz olub. Hamımızın səhvi var. Yaxşı hazırlaşmışdıq, çox şey gözləyirdik. Futbolda bəzi qaydalar var, bunu heç kim pozmamalıdı.

– Penalti epizodu barədə nə deyə bilərsiniz?

– Epizodu görmədim.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər