Sumqayıtın bu təhsil ocağında Zəfər gününə həsr olunmuş şahmat yarışı keçirilib – FOTOLAR

449

Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət  Elmləri Liseyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirilib.

sumqayitxeber.com xəbər verir ki, şahmat yarışında liseyin 3A sinfinin şagirləri zəkalarını yoxlayıblar.

Yarışdan öncə 3A-nın sinif rəhbəri Günay Əhmədzadə Zəfər Günü haqqında şagirdlərə geniş məlumat verib, həmin günün əhəmiyyətindən danışıb.

Sonra şagirdlər qruplara bölünərək şahmat taxtasında öz bacarıqlarını nümayiş etdiriblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışmada Duyğu Yəhya, Renat Mahmudov və Ömər Ağazadə qalib olublar. Qalib şagirdlərə kuboklar təqdim olunub.

Digər iştirakçılara isə Fəxri fərmanlar verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər