Sumqayıtın büdcəsi nə qədərdir? – AÇIQLAMA

1880

2017-ci ilin büdcəsinə görə, yerli gəlirləri öz hesabına təmin edəcək rayon və şəhərlərin sayı 33-ə çatdırlıb. Belə ki, Mingəçevir, Naftalan, Sumqayıt, Şirvan, Gəncə, Abşeron, İmişli, Lənkəran, Şəki, Yevlax, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı  2017-ci ildən xərclərini öz gəlirləri hesabına təmin edir. 2017-ci ilin dövlət büdcəsindən bu rayonlara dotasiya ayrılmayıb.

Maraqlıdır, dotasiya ayrılmayan Sumqayıt şəhəri bu gün dövlət büdcəsindən vəsait  almadan özünün gəlir və xərclərini necə təmin edir?

Sumqayıtda daha çox gəlir hansı sahələrdən əldə edilir? Şəhərin bəlli bir büdcəsi varmı?
Məsələ ilə bağlı Milli Məclisin 42 saylı Sumqayıt ikinci seçki dairəsindən seçilən deputatı Tahir Mirkişili Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, Sumqayıt şəhəri hələ 2012-ci ildən etibarən büdcədən dotasiya almır.
“Şəhərin yerli büdcəsi əsasən toplanan vergilərdən və göstərilən xidmətdən formalaşır. Şəhərdə sahibkarlığın inkişafı, yeni-yeni müəssisələrin yaradılması şəhər büdcəsinin formalaşmasını təmin edə bilir. Müasir iqtisadiyyat modeli tələb edir ki, iqtisadi aktivlik potensialı yüksək olan bölgələr büdcədən dotasiya almadan yerli xərcləri ödəyə bilsinlər və inkişaf üçün investisiya qoya bilsinlər. Sumqayıtda bu məqsədlərə uğurla nail olunur”.

Sumqayıtın büdcəsi nə qədərdir? - AÇIQLAMA

T.Mirkişili bildirib ki, Sumqayıtda 12 növ vergi yerli büdcələrə toplanır.

“Eyni zamanda, ölkə Prezidentinin sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Sumqayıtda adablıq işlərinin aparılması üçün vəsaitlər ayrılır. Bu il əsas xərclər şəhər infrastrukturunun, evlərin dam örtükələrinin, liftlərin yenilənməsi, şəhərdaxili yollara asfalt örtüyünün döşənməsi,  YAP-ın Sumqayıt şəhər təşkilatı üçün binanın, Dövlət Bayrağı Muzeyinin tikilməsinə, qışa hazırlıqla bağlı elektrik, istilik, qaz təhcizatı ilə bağlı layihələrin həyata krçirilməsi və s sahələrə yönəldilib”.

Deputat qeyd edib ki, Sumqayıt şəhərinin yerli büdcəsi 43 milyon manatdır.
“Sumqayıt şəhəri cari işləri dövlət büdcəsindən dotasiya almadan yerli büdcə hesabına görə bilir. Hesab edirik ki, bu böyük uğurdur. Ölkədə digər şəhərlər də var ki, yerli büdcə hesabına cari işləri yerinə yetirə bilirlər. Bu nümunə getdikcə yayılır və büdcədən dotasiya almayan rayon və şəhərlərin sayı artır. Amma qeyd etmək istərdim ki, şəhərin illərlə yığılıb qalmış problemləri var ki, bunlar da cənab Prezidentinin göstərişləri və dəstəyi ilə sürətlə həll edilir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər