Sumqayıtın girişində əməliyyat – HƏBSLƏR VAR

2260

Gecə saatlarında Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, saat 05 radələrində hüquq-mühafizə orqanlarının əməkdaşları Bakı-Sumqayıt yolu ilə Sülh küçəsinin kəsişməsində – avtobus dayanacağının qarşısında 90 OT 885 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobili saxlayıblar. Avtomobildə axtarış keçirilərkən sərnişin Əliyev İltimas Nəhmət oğlunun üzərindən bir kiloqramdan çox heroin aşkarlanıb. Məlum olub ki, o, sürücü Babayev İsmət Mirsayaq oğlu ilə əlbir olaraq Masallı rayonunda “Hacı” ləqəbli narkotik alverçisindən satış məqsədi ilə külli miqdarda narkotik alıb.

Artıq hər iki şəxs həbs edilib.

Faktla bağlı araşdırmalar aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər