Sumqayıtın idarə rəisi qarşılıqlı fəaliyyətdən danışdı – FOTO

1417
Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbində Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin saz ansamblının şagirdləri konsert proqramı ilə çıxış edib. Sumqayıt Regional Mədəniyyət idarəsinin Mətbuat xidmətindən Xeberle.com-a verilən məlumata görə, tədbiri Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov izləyib. İdarə rəisi tədbirdə çıxış edərək regional tədbirlərin keçirilməsinin region şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətində müstəsna rol oynadığını bildirib.
Qeyd edib ki, belə tədbirlərin sayı artırılmalıdır. Konsertdə Saz ansamblının ifasında “Ey vətən”, “Leyli və Məcnundan rəqs”, fortepiano və sazdan ibarət “aşıqvari” əsərləri, “Baş dübeyti”, “Naxçıvani” saz havaları dinlənilib. Bundan əlavə, Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbinin fortepiano şöbəsinin şagirdləriAbşeron rayonu Mehdiabad qəsəbəsi uşaq misiqi məktəbində konsert proqramı ilə çıxış ediblər. Konsertdə Esmira Əliyeva, Tamilla Qasımova, Sevda Məcidova, Lalə Qocayevanın şagirdləri azərbaycan, rus və avropa bəstəkarlarının əsərlərini müvəffəqiyyətlə ifa ediblər. Şagirdlər solo və ansambl ifalarla çıxış ediblər. Abşeron rayonu Mehdiabad qəsəbəsi uşaq musiqi məktəbinin direktoru Təranə İbrahimova çıxış edərək ifaçılara və onların müəllimlərinə rəngarəng konsert proqramı ilə çıxışlarına görə minnətdarlığını bildirib.

 Sumqayıtın idarə rəisi qarşılıqlı fəaliyyətdən danışdı - FOTO

 Sumqayıtın idarə rəisi qarşılıqlı fəaliyyətdən danışdı - FOTO

 Sumqayıtın idarə rəisi qarşılıqlı fəaliyyətdən danışdı - FOTO

 Sumqayıtın idarə rəisi qarşılıqlı fəaliyyətdən danışdı - FOTO

 Sumqayıtın idarə rəisi qarşılıqlı fəaliyyətdən danışdı - FOTO

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər