Sumqayıtın inkişafında fərqlənənlərə dövlət mükafatları verilib VİDEO

1242

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi Sumqayıtda yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə təşkil olunan bayram konsertində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov sumqayıtlıları təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən və əhəmiyyətindən danışıb.

Bildirilib ki, 2017-ci il Sumqayıtın tarixində mühüm hadisələrlə yadda qalıb. İki dəfə şəhərə səfər edən Prezident İlham Əliyev yeni sənaye və sosial-iqtisadi obyektlərin istifadəyə verilməsində, yeni üfüqlərə istiqamətlənmiş müasir müəssisələrin təməlqoyma mərasimlərində iştirak edib. Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev şəhərin sosial-iqtisadi və ictimai-siyasi həyatında fəallığına görə bir qrup sumqayıtlının orden, medal və fəxri adlarla təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sonra Zakir Fərəcov dövlət mükafatlarını təqdim edib. Həmçinin Sumqayıtın inkişafında və ictimai həyatında fəal iştirak edən bir qrup sumqayıtlı şəhər icra hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.

Sumqayıt Dövlət Universitetinin rektoru, “Şöhrət” ordeninə layiq görülmüş Elxan Hüseynov və digərləri dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbir respublikanın tanınmış incəsənət ustalarının ifasında geniş konsert proqramı ilə davam edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər