Sumqayıtın keçmiş icra başçısı dünyasını dəyişdi

4026

Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Təvəkgül Məmmədov bu gün dünyasını dəyişib.
1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımça kəndində anadan olub. Azərbaycan Neft və Kimya İnstitunu və Ali partiya məktəbini bitirib. Bakıda “Zaqfederasiya” gəmi təmiri zavodunda işləyib. Sumqayıt Polimer tikinti materaialları kombinatında növbə rəsiliyindən direktor vəzifəsinə kimi yüksəlib.1976-cı ildən 1981-ci ilədək kombinata rəhbərlikedib. 1981-ci ildə Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib. 1982-ci ilin iyun ayında icraiyyə komitəsinin sədri seçilib. Bu vəzifədə 1988-ci ilədək çalışır. Sonra 3 saylı evtikmə kombinatının və Məişət kimyası zavodunun direktoru olub. 1995-ci ildən 2000-ci ilə kimi “Azərkimya” Dövlət Şirkətinin birinci vitse-prezidenti işləyib.

Dəfələrlə Sumqayıt şəhərsovetinin və Ali Sovetin deputatı olub.
Qeyd edək ki Təvəkgül Məmmədov 2000-2003-cü illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər