Sumqayıtın millət vəkili Tahir Mirkişili Almaniyada – FOTOLAR

972

ATƏT Parlament Assambleyası tərəfindən Almaniyada keçirilən Leinsweiler seminarı başa çatıb.

“Keçirilən 7 sessiyada iqtisadi potensialın dövlətlər arası konfliktlərin həllində və ya onların qarşısının alınmasında mühüm rolunu bütün müzakirə iştirakçıları bildirdilər”.

Bu barədə Almaniyada səfərdə olan millət vəkili Tahir Mirkişili bildirib. Millət vəkili qeyd edib ki, iqtisadi inkişaf mövcud problemlərin həlli və gələcəkdə belə konfliktlərin baş verməməsi üçün ən mühüm amildir. Azərbaycanın da iqtisadiyyatı gücləndirmək yolunda apardığı islahatlar və həyata keçirdiyi beynəlxalq layihələr müasir dünyanın reallıqlarına cavab verir və bütün ATƏT məkanında Azərbaycanın iqtisadi rolunu hər kəs təqdir edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər