Sumqayıtın millət vəkilləri nazirlə şəhərdə məişət tullantılarının idarə olunması vəziyyətini müzakirə etdilər

1096
Bu gün Sumqayıt şəhərindən Milli Məclisə seçilən deputatlar – Tahir Mirkişili, Hicran Hüseynova, Müşfiq Məmmədli, Emin Hacıyev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və “Təmiz şəhər” ASC-nin sədri Etibar Abbasov arasında Balaxanıda Bakı bərk məişət tullantılarının yandırılması zavovunda görüşü keçirilib.
Görüş zamanı Sumqayıt şəhərində tullantı materiallarının utilizasiyası və emalı ilə bağlı şəhər ictimaiyyətini narahat edən məsələlər, Sumqayıt şəhərində ekoloji vəziyyətin tənzimlənməsi ilə bağlı lazım olan tədbirlərin həyata keçirilməsi üçün lazım olan texnologiyaların tətbiqi yönündə fikir mübadiləsi aparılıb.
Deputatlar Sumqayıtın hazırkı ekoloji durumu ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Müzakirələrdən sonra deputatlar “Təmiz Şəhər” ASC-nin tərkibində olan Bakı Bərk Məişət Tullantıları Zavodunun, Balaxanı şəhər Tullantılarının zərərsizləşdirilməsi poliqonunun iş prinsipləri ilə əyani şəkildə tanış olublar.
Görüşdə həmçinin, deputatlar analoji müəssisələrin Sumqayıt şəhərində də qurulması və tətbiqi ilə bağlı müzakirələr aparmışlar.
Onlar, həmçinin Balaxanı Sənaye parkında fəaliyyət göstərən rezidentlərlə tanış olub və onların fəaliyyətlərin müşahidə ediblər.
Növbəti görüşün Sumqayıt şəhərində müvafiq icra orqanları ilə keçirilməsi nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər