“Sumqayıt”ın oyununa bütün biletlər bir günə satıldı

856

Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçı olan “Sumqayıt” – “Çukariçki” (Serbiya) oyunu üçün satışa çıxarılan bütün biletlər alınıb.

Oxu.Az-ın “Sumqayıt” klubdan əldə etdiyi məlumata görə, dünəndən qiyməti 2 manat olan 550 bilet satışa çıxarılıb.

Artıq həmin biletlər bir günə sumqayıtlı azarkeşlər tərəfindən alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, stadionun tamaşaçı tutumunun 50 faizinə azarkeş buraxıla bilər.

Qeyd edək ki, bu matç Sumqayıtın 1300 tamaşaçı tutumuna malik olan “Kapital Bank Arena”sında keçiriləcək. İyulun 29-u saat 20:00-da başlayacaq matç İTV vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, bir həftə əvvəl Belqradda keçirilmiş ilk matç qolsuz heç-heçə ilə başa çatıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər