“Sumqayıt”ın qış təlim-məşq toplanışındakı bütün rəqibləri müəyyənləşib

1323

“Sumqayıt” futbol komandasının qış təlim-məşq toplanışındakı bütün rəqibləri müəyyənləşib.

“Report” klubun saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi ilk olaraq paytaxtda I Divizion klubu “Şüvəlan”la qarşılaşacaq. Yanvarın 11-də “Dalğa Arena”nın köməkçi meydançasında baş tutacaq görüş saat 15:00-da start götürəcək

Yanvarın 13-də Türkiyənin Antalya bölgəsinə yollanacaq komanda burada 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv yanvarın 15-də Qazaxıstanın “Jetısu”, 19-də Bosniya və Herseqovinanın “Çelik”, 22-də Makedoniyanın “Vardar”, 26-da isə Serbiyanın “Zemun” klubları ilə qarşılaşacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər