Sumqayıtın qurucularından olan Kamal Axundovun Amerikada yaşayan nəvəsi “sumqayitxeber.com”a danışdı - MÜSAHİBƏ

667

Sumqayıtın şəhər statusu almasından 70 il ötür. Sumqayıtda əsl bayram ab-havası hiss olunur. Küçələr, parklar bəzədilir, mədəni kütləvi tədbirlər keçirilir. Şəhərin qurulmasında xidmətləri olmuş şəxslər hörmətlə yad edilir. Sumqayitxeber.com şəhərin inkişafında xidmətləri olmuş şəxslərlə bağlı silsilə yazılar təqdim edir. Sumqayıtın qurulmasında əməyi olan şəxslərdən biri də Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sabiq sədri Kamal Axundovdur. Onu bu gün də şəhər sakinləri hörmətlə xatırlayırlar.

Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sabiq sədrinin Amerikada yaşayan nəvəsi Kamal Axundov saytımıza babası və Sumqayıtla bağlı fikirlərini bölüşüb. Qeyd edək ki, Kamal təhsilini Ukraynanın Kiyev şəhərində İdarçilik akademiyasında alıb.  10 ilə yaxın orada təhsil alıb və müəllim kimi fəaliyyət göstərib. Bir müddət burada çalışdıqdan sonra Azərbaycana qayıdıb. Azərbaycanda Xarici İşlər Nazirliyində çalışıb və Dövlət İdarəçilik Akademiyasında müəllim kimi bir müddət çalışıb. Daha sonra biznes fəaliyyəti ilə məşğul olan Kamal Axundov ABŞ-a köçüb və son 3 ildir ki, orada yaşayır və burada fəaliyyət göstərir.

Kamal Axundov sumqayitxeber.com-a babası haqqında danışıb: “Bildiyiniz kimi babam Kamal Axundov Sumqayıtın İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışıb. 1924-cü ildə Saray qəsəbəsində anadan olub. İkinci dünya müharibəsi zamanı, 18 yaşı tamam olmadığından rəhmətə gedən qardaşı Hüseynin sənədləri ilə 18 yaşı olduğunu iddia edərək cəbhəyə yollanıb. Berlinə qədər gedib. Sovet ordusunda vuruşaraq təltif olunub, Xarkov şəhərində iki alman faşist təyarəsini vurub. Müharibədə zədə alıb və həyatının sonuna kimi səhəti ilə bağlı əziyyət çəkib. 1986-cı ildə dünyasını dəyişib. Mən də elə həmin illərdə dünyaya gəlmişəm. Babam haqqında bunları bilirəm”.

K.Axundov qeyd edib ki, Babası haqqında bir dəfə də olsun pis bir fikir eşitməyib: “Babam haqqında şəhərin təməlini qoyanlardan biri olub, onu eşitmişəm. Düzdür adətən bilirdilər onun nəvəsiyəm, amma bilməyən insanlardan belə pis bir məlumat eşitməmişəm. Kimlə ünsiyyətdə olmuşamsa hamı razılıq edib. Sözsüz ki, əziyyəti keçib Sumqayıtın inkişafında. Sumqayıt şəhərinin bu il 70 yaşı tamam olur, yubileyini qeyd edir. Sumqayıtda son illərdə çöx böyük işlər görülür. Bu işləri çox yüksək qiymətləndirirəm. Sumqayıt gündən-günə inkişaf edir, çiçəklənir. Həqiqətən getdikcə böyük bir meqapolisə çevrilir. Bu bizi sevindirir. Bütün şəhər sakinlərini yubiley münasibəti ilə təbrik edirəm. Sumqayitxeber.com saytı da 10 ildir ki, fəaliyyət göstərir, sayt vasitəsi ilə şəhər haqqında məlumatlar əldə edirik. Sizə də işlərinizdə uğurlar arzulayıram.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər