Sumqayıtın şəhidlik zirvəsinə ucalan daha bir qəhrəmanı... - VİDEREPORTAJ

3175

Bir dövlət yalnız o vaxt güclü olur ki, onun uğrunda təkcə ölümə deyil, həm də öldürməyə hazır olan qəhrəmanları var. Azərbaycan dünya tarixinə neçə-neçə qəhrəman oğullar bəxş edib. Bu igidlərdən biri də 20 yaşında şəhid olan Şulan Bayramovdur. O, Bayramovlar ailəsinin ilk övladıdır. Ata-anasının sözündən heç vaxt çıxmayan Şulan 2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil olub.

2015-ci ildə hərbi xidmətə yollanıb və təhsilini daha sonra davam etdirmək istəyib. Şulan Bayramov ordu sıralarından tərxis olunmasına bir neçə gün qalmış şəhidlik zirvəsinə ucalıb. 2016-cı ilin Aprel döyüşlərində göstərilən qəhrəmanlıqlar hər bir Azərbaycan gənci üçün sözün həqiqi mənasında bir örnəkdir. Çünki onlar şəhid olsalar da, Azərbaycan Ordusunun adını qaliblər sırasına bir daha yazdılar. Göstərilən bu qəhrəmanlıqlar son deyil. Çünki torpaqlarımızın bir hissəsi hələ də düşmən tapdağındadır.

Bayramovlar ailəsinin digər övladı Turan hərbidə qalaraq qardaşının qisasını almaq eşqi ilə yaşayır. Turan qarşısına bir məqsəd qoyub torpaqlarımız azad olunmayanadək evə geri dönməmək. Azərbaycanın inkişafında,tərəqqisində, ölkədə sabitliyin qorunmasında şəhidlərimizin, eləcə də səngərdə şücaətlə dayanan igidlərimizin rolu danılmazdır. Biz rahat yaşayarkən, onlar daim tətikdə olub, bu torpağa xain baxanların kabusuna çevriliblər. Gözün arxada qalmasın, Vətən oğlu Şulan. Bu torpaq, bu millət, bu xalq səni heç vaxt unutmayacaq və əbədi olaraq xatirələrdə yaşadacaq!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər