Sumqayıtla qardaşlaşmış Lüdviqshafen şəhərində silsilə tədbirlər keçirilib - ZAKİR FƏRƏCOV ŞƏHƏR GÜNÜ TƏDBİRLƏRİNDƏ

1851

Almaniyanın Lüdviqshafen şəhərində 27-30 iyun tarixlərində silsilə “şəhər günü” tədbirləri təşkil edilib.

Hər il ənənəvi olaraq Lüdviqshafendə şəhər günü tədbirləri çərçivəsində açıq hava konsertləri-şəhər festivalı, müxtəlif marafonlar, kross-qaçış yarışı və digər tədbirlər təşkil olunur.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti də bu tədbirlərdə iştirak edib. Z.Fərəcov şəhər günü münasibəti ilə təşkil olunmuş yarışlarda qaliblərin mükafatlandırılması mərasimində iştirak edib, qaliblərə mükafat təqdim edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, Sumqayıt şəhəri 1977-ci ildə Almaniyanın Lüdviqshafen şəhəri ilə qardaşlaşıb. 2017-ci ildə  Lüdviqshafenin Sumqayıt şəhəri ilə qardaşlaşmasının 40 ili tamam olub, bu münasibətlə Sumqayıt şəhərində təntənəli yubiley tədbirləri təşkil edilib.

DİGƏR XƏBƏR PORTALLARINDA:

http://xalqqazeti.com/az/news/25961

https://www.aznews.az/news/take_a_look/229664.html

https://www.musavat.com/news/sumqayitla-qardaslasmis-ludviqshafen-seherinde-silsile-tedbirler-kecirilib-zakir-ferecov-seher-gunu-tedbirlerinde_625222.html

https://www.musavat.com/news/sumqayitla-qardaslasmis-ludviqshafen-seherinde-silsile-tedbirler-kecirilib-zakir-ferecov-seher-gunu-tedbirlerinde_625222.html

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər